TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Zirə" lideri dəyişdi

Futbol
Tarix: 2020-03-27 11:00

Beləliklə, Sport24.az-la Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə Premyer Liqanın bütün təmsilçiləri arasında keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatının dördüncü turu arxada qaldı. 
 

Hesabat dövrü liderin ilk məğlubiyyəti ilə yadda qaldı ki, bu da onun bir anda turnir cədvəlində iki pillə enməsinə səbəb oldu. İndi "Sumqayıt" "Səbail"dən xal geri qalır, Cavid Hüseynovun təmsil etdiyi "Zirə" isə xalların bərabər olmasına baxmayaraq, dördüncü turda şəxsi görüşdəki qazandığı qələbə sayəsində 2-ci pilləyə yüksəldi. Hüseynov hər üç suala düzgün cavab verə bildi və bununla da İlqar Qurbanova heç bir şans qoymadı.

 

Ruslan Abışovla təmsil olunan "Sabah"la heç-heçə etməyi bacaran "Qəbələ"dən Asif Məmmədov da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bu xal "Qəbələ"yə turnir cədvəlində son pilləni "Səbail"ə müqavimətsiz uduzan "Keşlə"yə təhvil verməyə imkan verdi. Tərlan Quliyev çempionatın ilk 3 iştirakçı oldu ki, hər 3 suala cavab verərkən heç bir variant demədi. Hərçənd, Rahid Əmirquliyevin təmsil etdiyi "Səbail" cəmi 1 düzgün cavab versə də, bu, yekun qələbə üçün kifayət idi.
 

Qara Qarayevin simasında “Qarabağ” yenə heç-heçə etdi. Bu dəfə Aqil Məmmədovun təmsil etdiyi "Neftçi"yə qarşı. İndi 4 turdan sonra ağdamlıların 4 xalı var. Necə deyərlər, nə özün, nə də rəqibin...

 

 

Dördüncü turun nəticələri:

"Qarabağ" - Neftçi" - 1:1
"Keşlə" - "Səbail" - 0:1
"Sabah" - "Qəbələ" - 2:2
"Sumqayıt" - "Zirə" - 1:3

 


1. "Səbail" 4 2 0 2 0 7-5 8
2. "Zirə" 4 2 0 1 1 8-6 7
3. "Sumqayıt" 4 2 0 1 1 6-5 7
4. "Sabah" 4 1 0 2 1 8-8 5
5. "Neftçi" 4 1 0 2 1 4-5 4
6. "Qarabağ" 4 0 0 4 0 5-5 4
7. "Qəbələ" 4 0 0 3 1 5-7 3
8. "Keslə" 4 0 0 2 2 5-7 2

 

Beşinci turda baş tutacaq görüşlər: "Zirə" - "Qarabağ", "Neftçi" - "Keşlə", "Sumqayıt" - "Sabah", "Səbail" - "Qəbələ".

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB