TOP 10

“Real”ın sabiq futbolçusu aktyorluğa başladı

Dünya Futbolu
Tarix: 2020-03-27 10:00

Niderlandlı futbolçu Royston Drente aktyorluğa başlayıb. Sport24.az xəbər verir ki, 32 yaşlı sol cinah oyunçusu ölkəsində çəkilən bir serialda rol alıb.


O, bu barədə xəbəri sosial şəbəkə hesabında yayıb və həyəcanını bölüşüb:


“İzləyiciləri rolumla əyləndirmək üçün səbrsizlənirəm. Ümid edirəm ki, siz də mənim qədər əylənəcəksiz”.


Qeyd edək ki, Drente hazırda Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boys”da çıxış edir. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarda da forma geyinib.


Drente 2017-ci ildə musiqi sektoruna da atılmış və karyerasını başa vurduğu açıqlamışdı. Lakin daha sonra yenidən futbola geri qayıtmışdı.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB