TOP 10

Vüqar Həşimovun xatirə turniri təxirə salındı

Şahmat
Tarix: 2020-03-26 21:28

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi "ShamkirChess" turniri koronavirus səbəbindən təxirə salınıb. Sport24.az xəbər verir ki, yarış nəzərdə tutulduğu vaxt - mayda baş tutmayacaq. 


Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 


Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin 11 yanvarında vəfat edib.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB