TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - lider ilk məğlubiyyətini aldı

Futbol
Tarix: 2020-03-26 20:26

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatı bir günlük fasilədən sonra davam edir. Dördüncü turun sonuncu - dördüncü cütü “Sumqayıt” (İlqar Qurbanov) və “Zirə”nin (Cavid Hüseynov) görüşündən ibarət oldu.
 

Qeyd edək ki, ilk iki sual dördüncü turdakı bütün iştirakçılar üçün eynidır. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Sumqayıt" (İlqar Qurbanov)

1. 2019/20 mövsümündə Azərbaycan çempionatının açılış matçı hansı olub?

- "Neftçi" - "Səbail".

 

2. Ən çox Azərbaycan çempionu olan futbolçu kimdi?

- Mahmud Qurbanov.

 

3. Cari mövsümün III turunda yeganə qələbəni "Sumqayıt" hansı hesabla qazanıb?

- Yadımdadır, "Zirə" üzərində qələbə qazanıb. Hesab 3:2 olub.

 

 

"Zirə" (Cavid Hüseynov)

1. 2019/20 mövsümündə Azərbaycan çempionatının açılış matçı hansı olub?

- "Keşlə" - "Qarabağ".

 

2. Ən çox Azərbaycan çempionu olan futbolçu kimdi?

- Mahmud Qurbanov.

 

3. "Zirə"nin Premyer Liqa tarixində neçə baş məşqçisi olub?

- Dörd - Adil Şükürov, Ayxan Abbasov, Samir Abasov, Zaur Həşimov.

 

Nəhayət, vahid lider məğlub oldu. Üstəlik, bu, minimal hesablı olmadı. "Zirə" bu turda maksimal nəticə göstərən yeganə klub oldu. Cavid Hüseynov bütün sualların cavablarını taparaq bütün komponentlərdə qalib gəldi. Caviddən əvvəl 7 iştirakçının hamısı çempionatın açılış matçı ilə bağlı sualları uğursuz cavablandırdısa, Hüseynov hər halda, "Keşlə" - "Qarabağ" görüşünü xatırlaya bildi. O, "Zirə"nin Premyer Liqada debüt etdiyi gündən komandanın bütün baş məşqçilərinin adlarını da açıqladı. İlqar Qurbanova gəlincə, “Sumqayıt”ın müdafiəçisi yalnız rekordçu çempionun sualının öhdəsindən gəldi. Bəli, "kimyaçı" bu mövsüm "Zirə" üzərində son qələbəni xatırlaya bildi. Lakin matçın nəticəsi ilə bağlı İlqar səhv etdi. Həmin görüşdə "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.
 

Yəqin ki, bu görüşün nəticəsini sensasiyalı adlandırmaq olar, amma belə görünür, İlqar liderlik mövqeyini itirməyə başlayır. Bəlkə onun "məşqçisi"nə vəziyyətə müdaxilə etmək lazımdı?

 

 

 

“Sumqayıt” (İlqar Qurbanov) - “Zirə” (Cavid Hüseynov) - 1:3
 

 

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL