TOP 10

Almaniya nəhənglərindən böyük fədakarlıq

Dünya Futbolu
Tarix: 2020-03-27 10:27

Almaniyanı UEFA Çempionlar Liqasında təmsil edən klublar - “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” və “Bayer” koronavirus pandemiyası ilə əlaqədar ciddi itkilərlə üzləşən 1-ci və 2-ci Bundesliqa klublarına maliyyə yardımı edəcək. Sport24.az xəbər verir ki, bu barədə Almaniya Klublar Birliyi (DFL) məlumat yayıb.


Məlumatda bildirilir ki, sözügedən klublar bütövlükdə 20 milyon avroluq yardım etməyə qərar veriblər. Bunun 12,5 milyon avrosu həmin klubların bu mövsüm teleyayımdan əldə edəcəyi gəlirlərdi. Yerdə qalan 7,5 milyon avroluq yardımı isə klublar özləri DFL-ə təqdim edəcəklər. 20 milyon avronun koronavirusdan əziyyət çəkən klublar arasında necə bölünəcəyinə DFL qərar verəcək.


“Bavariya”nın idarə heyətinin rəhbəri Karl-Haynts Rummenigge bu addımı belə şərh edib: 


“Bu çətin dönəmdə güclülərin zəiflərə dayaq olması çox önəmlidi. Bununla həm də futbolda birlikdə olduğumuzu göstərmək istəyirik”.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB