TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - Hüseyn Məhəmmədov rekordçudu?

Futbol
Tarix: 2020-03-26 18:17

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatı davam edir. Dördüncü turun üçüncü cütünü "Qarabağ" (Qara Qarayev) və "Neftçi" (Aqil Məmmədov) təşkil etdi. 

 

Qeyd edək ki, ilk iki sual dördüncü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.
 

 

"Qarabağ" (Qara Qarayev)

1. 2019/20 mövsümündə Azərbaycan çempionatının açılış matçı hansı olub?

- "Sabah" - "Neftçi".

 

2. Ən çox Azərbaycan çempionu olan futbolçu kimdi?  

- Mahmud Qurbanov.

 

- "Qarabağ" son dəfə "Neftçi"ni hansı hesabla məğlub edib?

- 3:2.

 

 

"Neftçi" (Aqil Məmmədov)

1. 2019/20 mövsümündə Azərbaycan çempionatının açılış matçı hansı olub?

- "Keşlə" - "Zirə".

 

2. Ən çox Azərbaycan çempionu olan futboçu kimdi?

- Hüseyn Məhəmmədov.

 

3. "Neftçi" sonuncu dəfə "Qarabağ"ı hansı hesabla məğlub edib?

- 3:1.

 

Mübarizə çox ləng alındı. Hər iki tərəf yalnız bir düzgün cavab verdi. Aqil keçən mövsüm baş tutan "Qarabağ" üzərində son qələbəni düzgün taparaq daha çətin sualın öhdəsindən gəldi. Ancaq rəqibi komandasının ilk dövrədə qələbəsini nədənsə unutdu. O, "Neftçi" üzərində keçən çempionatdakı son turunda 3:2 hesablı qələbəni xatırladı. İlk sualda "Neftçi"nin qapıçısı oynayan komandalardan birini taparaq cavaba daha da yaxınlaşdı. Maraqlıdı ki, Qarayevin özü çempionatın açılış matçında iştirak edib, amma yarımmüdafiəçi komandasının "Keşlə" üzərində 1:0 hesablı səfər qələbəsini unutdu. Aqil ikinci suala cavabla da təəccübləndirdi. Bu da nədənsə həmkarı Hüseyn Məhəmmədovu qızıl medallarda rekordçu futbolçu hesab etməsidi. Ancaq Mahmud Qurbanovun kolleksiyasında nə az, nə çox - 11 qızıl medal var! Beləliklə, "Qarabağ ın iştirak etdiyi matçda ardıcıl dördüncü heç-heçə qeydə alındı.

 

 

 

"Qarabağ" (Qara Qarayev) - "Neftçi" (Aqil Məmmədov) - 1:1
 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB