TOP 10

FİDE prezidenti iddiaçılar turnirinin dayandırılmasını Rəcəbova münasibətdə qeyri-etik hesab etmir: "Teymura da digər iştirakçılar kimi eyni zəmanəti verərdik"

Şahmat
Tarix: 2020-03-26 20:00

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç ilk dövrədən sonra iddiaçılar turnirinin təxirə salınması ilə vəziyyəti koronavirus təhlükəsi səbəbindən yarışda iştirakdan imtina edən azərbaycanlı Teymur Rəcəbovla münasibətdə qeyri-etik hesab etmir. Sport24.az xəbər verir ki, Teymurun əvəzinə yarışın səkkizinci iştirakçısı fransız Maksim Vaşye-Laqrav çıxış edib: "Rəcəbov virus təhlükəsi ilə əlaqədar iddiaçıların turnirində iştirakdan imtina etdi. Bu sahədə FİDE maksimum qorunma tədbirləri gördü - gündə iki dəfə tibbi müayinələr, koronavirusun aşkarlanması üçün testlər (bütün cavablar mənfi), tamaşaçıların tam olmaması və media ilə həddindən artıq məhdud əlaqə. Turnirin təxirə salınması qərarı Rusiya hökumətinin beynəlxalq hava nəqliyyatına qadağan olması, yəni oyunçuların evə təhlükəsiz və vaxtında qayıtması zərurəti ilə əlaqədar qəbul olunub. Turnirin yarısı artıq keçdi, 28 parlaq şahmat partiyası oynanıldı. Bunların bəziləri uzun müddət öyrəniləcək və təhlil ediləcək. Bu vəziyyət heç də turnirin tam ləğvinə bərabər deyil. Teymur qərar verdi və bu, onun seçimi idi. Ona digər iştirakçılar kimi eyni təhlükəsizliyi və tibbi müayinəni zəmanət verərdik".

 

Qeyd edək ki, Yekaterinburqdakı iddiaçıların turniri Rusiya hökumətinin martın 27-də qüvvəyə minəcəyi beynəlxalq reyslərə qadağan olması səbəbindən dayandırılıb. İlk turun nəticələri saxlanılacaq. Liderliyi rusiyalı Yan Nepomnyaşi və fransalı Maksim Vaşye-Laqrav bölüşürlər.
 

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL