TOP 10

"Dadaşov ən ideal seçim deyil, ancaq özü uğursuz təcrübəsini əsas gətirərək keçiddən imtina etdi"

Futbol
Tarix: 2020-03-26 18:00

İngiltərədə Azərbaycan milli komandasının və "Vulverhempton"un hücumçusu Renat Dadaşovun bu qış "transfer pəncərə"sində "Birmingem"in keçməkdən imtina etməsini xatırlanıb. Sport24.az xəbər verir ki, 21 yaşlı futbolçumuz karyerasını Çempionşip təmsilçisində davam etdirmək istəməyib: "Transfer pəncərəsi"nin bağlanmasına 1 saatdan az vaxt qalmış vaxtda "Birmingem" "canavarlar"ın düşərgəsindən Renat Dadaşova imza atmaq istədi. Gənc hücumçu - ən ideal seçim deyil, cəmi 20 yaşı var, çempionşipdə oynamaq təcrübəsi yoxdur, amma o, lazım idi. Sadəcə, Dadaşovun özü Portuqaliyadakı uğursuz icarə təcrübəsini əsas gətirərək keçiddən imtina etdi".

 

Onu da bildirək ki, İngiltərə mətbuatında "Eştoril"in "Vulverhempton"a qaytardığı Renata 450 min funt sterlinq transfer məbləği qoyulub. 

 

football24
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB