TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Professor" həlledici oldu!

Futbol
Tarix: 2020-03-26 14:18

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatını davam etdirir. Dördüncü turu "Keşlə"(Tərlan Quliyev) və "Səbail" (Rahid Əmirquliyev) açır.

 

Qeyd edək ki, ilk iki sual dördüncü turdaklı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Keşlə" (Tərlan Quliyev)

1. 2019/20 mövsümündə Azərbaycan çempionatının açılış matçı hansı idi?

- Xatırlaya bilmirəm.


- Ən çox Azərbaycan çempionu olan futbolçu kimdi?

- Bilmirəm.


- "Keşlə" cari çempionatda hansı komandaya qarşı oyunlarda ən çox xal qazanıb?

- Cavab verməkdə çətinlik çəkirəm.

 

 

"Səbail" (Rahid Əmirquliyev)

1. 2019/20 mövsümündə Azərbaycan çempionatının açılış matçı hansı idi?

- "Neftçi" - "Sabah".

 

2. Ən çox Azərbaycan çempionu olan futbolçu kimdi?

- Mahmud Qurbanov. 


- Aftandil Hacıyevin "Səbail" in baş məşqçisi kimi rəsmi debütü hansı komandaya qarşı olub?

- "Zirə"yə qarşı.

 

Tərəflər yaxşı yaddaş nümayiş etdirə bilmədilər. Çempionatın açılış matçı "Keşlə" - "Qarabağ" oyunu olub və qonaqların 1:0 hesablı qələbəsiylə nəticələnib. Maraqlıdır ki, Tərlan Quliyevin komandası meydan sahibi kimi çıxış etsə də, müdafiəçi bunu elə də xatırlaya bilmədi. İkinci sual yetərincə asan idi və Rahid "Professor"un" adını çəkməklə düzgün cavab verdi. Quliyev “Qəbələ”ni də xatırlamadı. Hansında ki, "Keşlə" 3 oyuna 9 xal götürüb. Əmirquliyevə verilən üçüncü suala gəlincə, "Səbail"in kapitanı hazırkı baş məşqçisinin debütünü xatırlamadı. Yeri gəlmişkən, Aftandil Hacıyevin debütünü 2018-ci ilin avqustun 12-də evdə 3:0 hesabı ilə qalib gələn "Qəbələ" korladı. 

 

 

"Keşlə" (Tərlan Quliyev) - "Səbail" (Rahid Əmirquliyev) - 0:1
 

CBCsport
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB