TOP 10

AFFA-nın təşəbbüsüylə futbol veteranları üçün başlayan kampaniya: AVRO-2020-nin könüllüləri həyata keçirir - FOTOLAR

Futbol
Tarix: 2020-03-26 11:18

Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların (o cümlədən ər-arvadların) qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək. Sport24.az xəbər verir ki, AFFA-nın rəhbərliyinin təşəbbüsüylə bir neçə futbol veteranının gündəlik tələbat mallarının AVRO-2020-nin könüllüləri tərəfindən alınıb evlərinə çatdırılması kampaniyası başlanılıb. Assosiasiya evdən çıxmaq imkanları, övladları, yaxınları olmayan veteran futbolçulara diqqət göstərərək, onlara lazımı xidmətlərin göstərilməsini həyata keçirir. 

 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB