TOP 10

AFFA üçün əlamətdar gün

Futbol
Tarix: 2020-03-26 10:00

Bu gün - martın 26-sı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçün əlamətdar tarixdi. Sport24.az xəbər verir ki, ölkəmizin ali futbol qurumu yaranmasının 28 illiyini qeyd edir.

 

1992-ci il martın 26-da təsis konfransı baş tutan AFFA ölkəmizdə futbolun idarə edilməsini həyata keçirən, ona nəzarət edən təşkilatdır. Onun əsas məqsədi futbolun inkişafına, ölkədə populyarlaşmasına, kütləvililiynə nail olmaq, infrasrukturu inkişaf etdirmədi.  

 

Yarandıqdan 8 gün sonra – aprelin 3-də Ədliyyə Nazirliyində 775 nömrəylə dövlət qeydiyyatından keçən AFFA 1994-cü ilin mayında UEFA-nın Vyanada (Avstriya) keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda (ABŞ) təşkil olunan 49-cu konqresində FİFA-ya üzv qəbul olunub. Bununla da klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.

 

AFFA-nın ilk prezidenti Fuad Musayev 1992-2003-cü, Ramiz Mirzəyev 2003-2007-ci illərdə bu vəzifəni tutub. Sonuncunun 2007-ci ilin oktyabrında vəfatından sonra AFFA İcraiyyə Komitəsinin dekabrın 4-də keçirdiyi iclasın qərarına əsasən prezident səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olunub. 2008-ci ildən martından assosiasiyanın başçısı Rövnəq Abdullayevdir. O, 4-cü bu vəzifəyə seçilib.

 

AFFA-nın tərkibində olan əsas qurum İcraiyyə Komitəsi (İK) sayılır. Abdullayevin sədrlik etdiyi İK-nın onunla birgə 13 üzvü var. Bunlar icraçı vitse-prezident və baş katib Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, həmçinin Kazbek Tuayev, İsgəndər Cavadov, Mahir Məmmədov, Elmar Məmmədyarov, Zaur Axundov, Firudin Qurbanov, Fərid Mansurov və Könül Mehtiyevadı.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL