TOP 10

Premyer Liqa klubundan biletli dəstək

Dünya Futbolu
Tarix: 2020-03-26 12:00

İngiltərənin “Brayton” klubu koronavirus pandemiyasına qarşı mübarizə aparan Milli Səhiyyə Xidmətinin (NHS) əməkdaşlarına pulsuz bilet veriləcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Xəbərdə qeyd olunur ki, NHS əməkdaşlarına “Brayton”un gələcək oyunlarında istifadə üçün 1000 bilet hədiyyə olunacaq. Klub digər Premyer Liqa təmsilçilərini də səhiyyə işçilərinə pulsuz bilet hədiyyə etməyə çağırıb.


“Brayton”un CEO-su Paul Barber isə klub saytına açıqlamasında bunları söyləyib:


“Futbolun hazırda hər kəsin ağlındakı son şey olduğunun fərqindəyik. Amma hamımız üçün ön cəbhədə mübarizə aparan səhiyyə işçilərinə minnətdarlığımızı biz də bu yolla göstərmək istədik”.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL