TOP 10

Serxio Ramosdan nəcib təşəbbüs

Dünya Futbolu
Tarix: 2020-03-26 11:30

Dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə mübarizəyə daha bir ulduz futbolçu qoşulub. Sport24.az xəbər verir ki, Madrid “Real”ının kapitanı Serxio Ramos da belə bir nəcib təşəbbüslə diqqət mərkəzinə düşüb.
 

İspaniyalı təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, 264 571 maska, 15 min test və 1000 qoruyucu geyim dəsti alıb. O, bu işi UNİCEF-in dəstəyi ilə gördüyünü də diqqətə çatdırıb. Ramosun sözlərinə görə, bütün bu ləvazimatlar martın 27-də İspaniyaya çatdırılacaq.


UNICEF da bu barədə rəsmi açıqlama yayıb və bu yardımı üçün ispaniyalı ulduz futbolçuya təşəkkür edib.


Qeyd edək ki, İspaniya Avropada İtaliyadan sonra koronavirus qurbanlarının sayına görə ikinci yerdədi.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB