TOP 10

İbrahimoviç İngiltərədə oynamaqdan imtina edib

Dünya Futbolu
Tarix: 2020-03-26 10:30

Hazırda İtaliyanın “Milan” klubunun şərəfini qoruyan Zlatan İbrahimoviçin qışda təklif aldığı daha bir klub müəyyənləşib. Sport24.az xəbər verir ki, isveçli hücumçu İngiltərənin “Lids” klubundan aldığı təklifi qəbul etməyib.
 

Bu barədə Çempionşip təmsilçisinin sahibi Andrea Radrizzani “Sky Sports”a açıqlamasında məlumat verib:


“Zlatanla konkret söhbətimiz oldu. O, bizə lazım olan impulsu verə bilərdi. Amma İbrahimoviç “Milan”da oynamağa qərar verdi. O, mənimlə çox dürüst və səmimi idi”.


Qeyd edək ki, “Lids” hazırda koronavirusa görə dayandırılmış Çempionşipdə 37 turdan sonra 71 xalla zirvədə qərarlaşıb və növbəti mövsümdən Premyer Liqada oynamağa yaxındı.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB