TOP 10

“Qarabağ” və “Neftçi” irəlilədi

Futbol
Tarix: 2020-03-25 20:30

“Football World Rankings” portalı dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, 1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisi - "Qarabağ" və "Neftçi" yer alıb.
 

Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu yerdə qərarlaşıb.


"Neftçi"nin də mövqeyində dəyişiklik olub. Bakı təmsilçisi 818 xalla 678-ci pillədən 674-cü sıraya yüksəlib.


Siyahıya UEFA Çempionlar Liqasının sonuncu qalibi “Liverpul” (İngiltərə) başçılıq edir. “Flamenqo” (Braziliya) ikinci, “Barselona” üçüncü pillədə qərarlaşıb.

CBCsport
14 Iyul 2020
13 Iyul 2020
B.eÇ.aÇC.aCŞB