TOP 10

“Fənərbaxça”da koronavirus şoku

Dünya Futbolu
Tarix: 2020-03-25 20:25

Türkiyənin digər klubları kimi, “Fənərbaxça”nın da futbolçuları və işçi heyəti koronavirus testindən keçib. Sport24.az xəbər verir ki, testlər nəticəsində komandanın bir oyunçusu və işçisində koronavirus aşkarlanıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

 

Pandemiyaya yoluxan futbolçunun, həmçinin digər çalışanın kimliyi barədə məlumat verilməyib. Həmin şəxslər müalicə olunmaq üçün xəstəxanaya aparılıblar.

Xatırladaq ki, daha öncə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak, həmçinin onun həyat yoldaşı Şükran Albayrak da koronavirusa yoluxmuşdu. Türkiyənin digər nəhəng klublarından “Beşiktaş” və “Trabzonspor”da da hər kəs testdən keçib və onlarda koronavirusa rast gəlinməyib.

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB