TOP 10

İngilislər "Mançester Siti"yə qarşı - 8 klub ÇL-ə buraxılmamasını tələb etdi

Futbol
Tarix: 2020-03-25 19:10

İngiltərə Premyer Liqasında çıxış edən 8 klub "Mançester Siti"nin Çempionlar Liqasına (ÇL) buraxılmaması istəyi ilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Sport24.az xəbər verir ki, bunlar turnir cədvəlinin yüksək pillələrində yer alan klublar 0 "Liverpul", "Lester", "Çelsi", "Mançester Yunayted", "Vulverhempton", "Arsenal", "Tottenhem" və "Börnli"dir. Həmin "8-lik" "şəhərlilər"in ən azı bir klubun ÇL-dən kənarda qalması hesabına kifayət qədər qayda pozduğunu bildiriblər. 

 

Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə  Arbitraj Palatası fevralın 14-də "Mançester Siti"nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub 2012 -16-cı illərdə yol verdiyi bu pozuntuya görə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS Mançester təmsilçisinin apellyasiyasını fevralın 26-da alıb. 

CBCsport
06 Iyun 2020
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB