TOP 10

Çempionlarımız “Evdə qal, idmansız qalma” layihəsində: "Onlar əllərindən gələn hər şeyi etməyə hazırdırlar"

Digər
Tarix: 2020-03-25 17:00

Dünya ölkələrində, o cümlədən Azərbaycanda yayılmaqda olan koronavirusla əlaqədər əhalinin evdən çölə çıxmağı, kütləvi yerlərdə toplaşması tövsiyə edilmir. Əlbəttə, bütün sahə nümayəndələri kimi, idmançıların da fəaliyyətinə təsir edir. Odur ki, Gənclər və İdman Nazirliyi ilə İdman tv yeni - "Evdə qal, idmansız qalma" layihəsinə start verib. Layihənin ilk qonağı Olimpiya çempionu Fərid Mansurov olub. Sport24.az xəbər verir ki, bu təşəbbüslə bağlı danışan Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev sağlamlığın təmin olunması istiqamətində bu addımın müsbət əhəmiyyət kəsb edəcəyini deyib: 

"Koronavirus pandemiyası bütün dünyada olduğu kimi ölkəmizdə də insanları müvəqqəti olaraq evdə qalmaq məcburiyyəti ilə üz-üzə qoyub.  Dövlətin bu sahədə atdığı addımlar vətəndaşların sağlamlığını qorumağa xidmət edir. Bu günlərdə hər bir dövlət qurumu öz sahəsinə uyğun olaraq koronavirusla mübarizədə dəstəyini göstərir. Gənclər və İdman Nazirliyi də idmançı və gənclərin potensialından istifadə etməklə bu sahədə ciddi fəaliyyət göstərir. Bir neçə gün öncə nazirliyin bizim federasiya ilə birgə hazırladığı videoçarx televiziyada böyük maraqla qarşılandı və eləcə də sosial şəbəkələrdə minlərlə şəxs tərəfindən paylaşıldı. Nazirliyin İdman TV ilə birgə ilk dəfə bu gün reallaşdırdığı “Evdə qal, idmansız qalma” layihəsi də böyük maraqla qarşılandı. Layihənin ilk efiri Olimpiya çempionumuz Fərid Mansurovun iştirakı ilə Skayp vasitəsilə baş tutdu. Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov və digər çempionlarımızın canlı efirə qoşularaq, həm özlərinin də evdə qaldıqlarını əyani göstərmələri, həm də fiziki sağlamlıq üçün əhaliyə nümunəvi idman təlimlərini nümayiş etdirmələləri, inanıram ki, faydalı olacaq.

Bildiyiniz kimi, virus səbəbiylə qarşıdakı aylarda bütün dünyada mühüm idman tədbirləri gələn ilədək təxirə salınıb. Buna görə də, Gənclər və İdman Nazirliyinin bu həssas məqamda vətəndaşların evdə qalmaları, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etmələri, eləcə də evdə bədən tərbiyəsi ilə məşğul olmaları üçün təbilğatı təqdirəlayiqdir.

Hazırda biz çətin, ancaq milli birliklə öhdəsindən gələ biləcəyimiz bir sınaq qarşısındayıq. Bu məsələdə gənclərimiz və idmançılarımız da əllərindən gələn hər şeyi etməyə hazırdırlar. Gənclər və İdman Nazirliyi isə ölkəmizdə gənclər və idman sahələrinə cavabdeh dövlət qurumu olaraq, bundan sonra da bir sıra maraqlı layihələri ilə əhaliyə dəstəyini davam etdirəcək" (sherg.az)

 

 

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB