TOP 10

Autsayderin "baş məşqçisi" hamımıza səbrli olmağı tövsiyə etdi: "Ədalətinizə inanmasaydıq, yarışmaya qatılmazdıq, ola bilər ki, Asif "isinmə" hərəkətləri etməyib"

Futbol
Tarix: 2020-03-25 16:18

Sport24.az-ın Football24.az-la birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışmasında ilk 3 tur arxada qaldı. Maraqlıdır ki, hazırda ilk pillədə olan da, son yerdə gedən də həmyaşıdlar, ən "qoca" iştirakçılar sırasında olanlardı. Bunlar 1986-cı il təvəllüdlü İlqar Qurbanovla Asif Məmmədovdu. Qurbanovun ötən mövsüm "Qəbələ"də çıxış etdiyini nəzərə alsaq, Məmmədovla komanda yoldaşı da olub. Ancaq İlqardan fərqli, Asif nəticəsiylə öyünə bilməz. "Qəbələ"nin mətbuat katibi Anar Hacıyevin Sport24.az-a müsahibəsinə yarışmaya seçdiyi, virtual yetirməsi olan Məmmədovun çıxışını dəyərləndirməklə başlayıb. 

 

- Bu yarışmaya başlayanda fikirləşdik ki, Asif doğru seçimdi. Ən təcrübəli oyunçumuzdu. Onun iştirakı məqsədəuyğun olduğu üçün də çıxış edir. Hesab edirəm ki, qiymətləndirmək üçün hələ tezdi. Ona görə də həm özümə, həm Asifə, həm də sizə səbrli olub gözləməyi məsləhət görürəm. 

 

- İmkan olsaydı, Asifi başqa futbolçunuzla dəyişmək istərdiniz?
- Birmənalı olaraq yox! Asif yaşına baxmayaraq, meydanda olanda da 90 dəqiqə qaçmağa qadir futbolçudur. O, son dəqiqəyə kimi bu yarışmanın da öhdəsindən gələ bilər. 

 

- Premyer Liqada da sonuncu pillədəsiniz. Demək olar ki, bu mövsüm yarışlar "Qəbələ" üçün düşərli deyil?
- Hazırda ölkədə, hətta dünyada əhalinin fikirləri dağınıqdı. Hər kəsin beyninin çox hissəsini başqa məsələlər məşğul edir. Bunlar məlum qlobal problemə görən can sağlığı, ailənin sağlığıdı. Suallar da tez cavab tələb edən olduğu üçün, fokuslanmaq problemi olur. Ola bilər ki, Asif də startda "isinmə" hərəkətləri etməyib. 

 

- O, bir dəfə bizimlə söhbətində bildirdi ki, adadayam, balıq tuturam. Bəlkə, bu məşğuliyyət fikrini yayındırır?
- (gülür) Ola bilər ki, başqa işlə məşğul, fikri başqa yerdə olub. Dediyim kimi, inanıram ki, vəziyyəti düzəldəcək və ardıcıl qələbələrlə turnir cədvəlində yüksələcək. 

 

- Bu çempionatda çıxışı haqda aranızda söhbət olurmu?
- Bəli, mütəmadi  zəngləşirik. Hansı cavabın düz, hansının səhv olduğunu müzakirə edirik. Daha çox mexaniki səhvləri olur. Xüsusən rəqəmlərlə bağlı suallarda tez cavab verir və sonradan anlayır ki, nələri səhv edib. 

 

- Premyer Liqada 20 tura neçə oyun keçirildiyi tapmaq elə də çətin deyil. Ancaq təəccüblüdür ki, bu suala bir çox oyunçu, o cümlədən Asif düzgün cavab vermədi...
- Mən də bu haqda ona deyəndə, çox təəssüfləndi. Hiss etdim ki, hesablamanı tez edib, ona görə də cavab doğru olmayıb. 

 

- Biz tərəfdən qərəz yoxdur ki, hazırda sonda gedir?
- Sözsüz ki, yox. Ədalətinizə inanmasaydıq, yarışmaya qatılmazdıq. 

 

- Azərbaycan Kubokunun ilk qalibinin Sabirabad "İnşaatçı"sı cavabıyla komandanın adını düz tapdığını diqqətimə çatdırdı. Ancaq qalib bu adı daşıyan Bakı təmsilçisi olub və bu, fərqli komandadı...

- Bu, yarışan insanın hər zaman iddialı olmasından irəli gəlir. Mübahisələr də mütləq olmalıdır.

 

- Sırf "Qəbələ" ilə bağlı suallar sizdə daha çox maraq doğurur. "Samtredia" ilə bağlı suala doğru cavab versə də, digər iki sualda yanıldı...
- İlk turdakı sualı da düzgün anlamayıb. Asif fikirləşib avrokuboklarda öz meydanımızda ilk qol nəzərdə tutulur, onun da müəllifi özüdü. Ancaq bəli, "Qəbələ"nin avrokuboklarda ilk qolunu səfərdə Cavid Hüseynov vurub. 

 

- Bəs, "Qəbələ"yə ilk medalı qazandıran baş məşqçinin Yuri Syomin yox, Roman Qriqorçuk deməsi?
- Ona da aydınlıq gətirim. Həmin mövsümdə Avropada uğur qazana bilməmişdik, ilk mərhələdən yarışı tərk etdik. Bu da yaddaşlarda möhkəmlənmədi. Daha çox Qriqorçuklu dövr yadda qalıb. Onu da bir az mexaniki səhv adlandırardım. Beynində iki dəqiqə keçmişə səyahət etsəydi, xatırlayardı. Düşünmədən verilmiş cavab idi. 

 

- Yarışmanın bütün suallarını yəqin ki, izləmisən. Hansı sual çətin idi, hansı asan? Hansı sualın cavabını oyunçuların bilməməkləri səni təəccübləndirdi? 

- Mən özüm də statistik, rəqəmsal sualları elə də sevmirəm. Ümumiyyətlə isə maraqlı suallardı. Şəxsən özüm üçün də maarrifləndirici suallardı. Oxuyuram, cavabını bildiyim, bilmədiyim suallar olur. 

 

- Maraqlıdır, hansı sual oldu ki, cavabının bilmirdin, sənin  üçün sürpriz oldu, öyrəndin?
- Azərbaycan Kubokunun ilk qalibinin "İnşaatçı" (Bakı) olması. Mənim üçün yeni məlumat oldu. 

 

- Asifi hansısa məlumatlarla təmin edirsən, yoxsa bilik səviyyəsinə güvənirsən?
- Əsasən onun özünün məlumat bazasına güvənirəm. İndiki şəraitdə inanmıram ki, başqa mənbələr axtarsın, öyrənsin. 

 

- Klub rəhbərliyinin bu yarış haqda məlumatı var?
- Bəli. Onlar da yarışmanı marala izləyirlər. Asif ilk qələbəni qazananda, onları dərhal məlumatlandıracam. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL