TOP 10

“Qarabağ”ın keçmiş qapıçısı film çəkdi

Dünya Futbolu
Tarix: 2020-03-25 16:00

“Qarabağ"ın keçmiş qapıçısı Hannes Halldorsson "Leyniloqqa" ("Məxfi işarə") filmi üzərində işi yekunlaşdırıb. Sport24.az xəbər verir ki, filmdə ölkəsindəki mütəşəkkil cinayətkarlıqla və öz hissləri ilə mübarizə aparan biseksual oriyentasiyalı polisdən bəhs olunur.


Tammetrajlı film çəkmək islandiyalı qolkiperin hədəflərindən biri olub. Çünki aktiv oyunçu kimi onun cəmi 2 gün boş vaxtı olub. Həmin müddəti isə Halldorsson yalnız reklam çəkilişlərinə həsr edə bilib. Daha sonra 36 yaşlı qapıçı məşqlərə qoşulub.


Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"da 2018/2019 mövsümünün birinci yarısında forma geyinib. Hazırda o, İslandiyada "Valür" klubunda çıxış edir. 

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB