TOP 10

Ndlovu karantinə alındı

Futbol
Tarix: 2020-03-25 14:40

Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb. Sport24.az xəbər verir ki, cənubi afrikalı hücumçu Çində koronavirus yayılmağa başlayanda Vətəninə qayıdıb və dərhal karantinə alındığını açıqlayıb: “Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq Çində koronavirusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komanda ilə məşqə başlayacam”.

 

Xatırladaq ki, Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB