TOP 10

"Kimyəvi hücum" - vahid lider var!

Futbol
Tarix: 2020-03-25 12:36

Beləliklə, PFL-in dəstəyi ilə Sport24.az və Football24.az-ın birgə keçirdiyi Premyer Liqa təmsilçiləri arasında çempionatın üçüncü turu qaldı. 4 görüşdən 3-ü heç-heçə başa çatması təəccüb doğurdu. Xeyr, elə başa düşməyin ki, razılaşma olmuşdu. Hər şey kristal kimi aydın idi ... təşkilatçılardan. Materialın sonunda iştirakçılara da  toxunacağıq.

 

Nəhayət, vahid liderimiz var. Bu, "Sumqayıt" oldu. Paradoksal səslənsə də, “kimyaçılar”ın nümayəndəsi İlqar Qurbanov bilik yarışmamız başlayandan bəri ən pis nəticəsini göstərdi, ancaq məhz dünən vahid lider oldu.

 

"Qarabağ" heç-heçə seriyasını davam etdirir. Bu dəfə "Səbail"lə "sülh imzalandı". Ancaq məhz bu heç-heçə paytaxt klubuna liderlər qrupunda yerini itirməsinə səbəb oldu. 

 

Suallara gəlincə, Azərbaycan Kubokunun ilk qalibini təxmin edən yeganə iştirakçını -  "Sabah"dan Ruslan Abışovu fərqləndirmək istərdik. "Qəbələ"dən Asif Məmmədov də düzgün cavaba yaxın idi, amma qalib komandanı Bakı əvəzinə Sabirabad "İnşaatçı"sını adlandırdı. Demək olar ki, hamı baş məşqçilər arasında qızıl medal sayında rekordçu ilə bağlı sualının öhdəsindən gəldi. Çətin ki, kimsə qarşıdakı illərdə Qurban Qurbanovun altı çempionluğuna hətta yaxınlaşsın.

 

Üçüncü turun nəticələri:

"Neftçi" - "Sumqayıt" - 0:1
"Səbail" - "Qarabağ" - 2:2
"Qəbələ" - "Keşlə" - 2:2
"Zirə" - "Sabah" - 2:2


1. "Sumqayıt" 3 2 0 1 0 5-2 7
2. "Səbail" 3 1 0 2 0 6-5 5
3. "Sabah" 3 1 0 1 1 6-6 4
4. "Zirə" 3 1 0 1 1 5-5 4
5. "Neftçi" 3 1 0 1 1 3-4 3
6. "Qarabağ" 3 0 3 0 4-4 3
7. "Keslə" 3 0 0 2 1 5-6 2
8. "Qəbələ" 3 0 0 2 1 3-5 2
 

Dördüncü turda görüşürlər: "Qarabağ" - "Neftçi", "Keşlə" - "Səbail", "Sabah" - "Qəbələ", "Sumqayıt" - "Zirə".
 

Qeyd edək ki, "Sumqayıt" İlqar Qurbanovla, "Səbail" Rahid Əmirquliyevlə, "Neftçi" Aqil Məmmədovla, "Qarabağ" Qara Qarayevlə, "Keşlə" Tərlan Quliyevlə, "Sabah" Ruslan Abışovla, "Zirə" Cavid Hüseynovla, "Qəbələ" Asif Məmmədovla təmsil olunub

 

Və sonda. Hörmətli iştirakçılar, cavablar zamanı əlavə mənbələrdən istifadə etməyə çalışmayın. Bu, sizə yaraşmaz.

.

CBCsport
28 May 2020
27 May 2020
B.eÇ.aÇC.aCŞB