TOP 10

Əsl "1 nömrə"nin əziz xatirəsinə: Azərbaycanın fəxri, rekordçusu və layiqli davamçısı olan

Futbol
Tarix: 2020-03-25 12:25

Azərbaycan futbol tarixində xüsusi yeri olan Sergey Kramarenko. Yaşasaydı, bu gün 74 yaşının tamam olmasını qeyd edəcəkdi. Ancaq düz 12 il öncə - 2008-ci ilin martın 25-də 62 yaşında gözlərini əbədi yumdu.1946-cı ilin mayın 27-də Gəncədə dünyaya göz açan bu əfsanəvi qapıçı 90-ci illərin əvvəlində birdəfəlik köçdüyü Rusiya paytaxtında dünyasını dəyişdi. Ürəyində problemləri olan keçmiş qapıçıya doğma Azərbaycanı, doğma Gəncəni yenidən görmək qismət olmadı. O, elə Moskvada dəfn olundu.

 

Sergey Sergeyeviçin karyerası əsasən "Nfetçi"ylə bağlı olub, bu komandada uğurlu çıxışıyla tanınıb. Belə ki, o, "ağ-qaralar”nin heyətində 262 oyun (-224 qol) keçirib. Ümumiyyətlə isə Kramarenko SSRİ çempionatının yüksək liqasında ən çox - 312 oyun keçirən futbolçumuz kimi Azərbaycan futbolunda mütləq rekordçudu.

 

Təbii ki, Sergey Kramarenkonun "Neftçi”də ən böyük uğuru 1966-da - "bürünc il"də olub. Həmin il onun cəmi 20 yaşı olsa da, komandanın əsas qapıçısı idi. "Neftçi”də çıxışına başlayanda bundan da kiçik – 18 yaşı olub. Bu komandanın heyətində tarixi nailiyyətə imza atanlardan, SSRİ-nin idman ustası adını alanlardan biri məhz Sergey Sergeyeviç olub. O, 11-12 il (1964-75-ci illərdə) şərəfini qoruduğu "Neftçi”də "1 nömrə”ni heç kəsə vermirdi. Yəni əsl "1 nömrə" idi. 

 

SSRİ çempionatının birinci liqasının da iştirakçısı olan Sergey Kramarenko futbolçu karyerasını gec bitirib. Belə ki, o, yaşıl meydanda çıxışını başa vuranda 38 yaşı vardı. Məşqçiliyə də bağlılığı olsa da, buradakı karyerası futbolçu kimi parlaq, uzunmüddətli olmayıb. Həmin Lənkəran "Xəzər”ində, Gəncə "Kəpəz"ində, Qazax "Göyəzən"ində SSRİ çempionatının aşağı divizionunda işləyib. "Neftçi"də baş məşqçi olmaq da ona nəsib olub. Bu, artıq müstəqillik dönəmində - 1993-cü ildə keçirilən ikinci milli çempionatımızda olub. Özü də uzun fasilədən sonra doğma komandasına qayıdan keçmiş qapıçı keçmiş baş məşqçisini - Əhməd Ələsgərovu bu postda əvəzləyib. Ancaq Sergey Sergeyeviçin "ağ-qaralar”da çalışdırıcı kimi fəaliyyəti çox qısa olub. Kramarenko elə həmin mövsümdə vətəni birdəfəlik tərk edərək, Rusiyaya üz tutur. Həmin vaxtdan məşqçiliklə vidalaşır və vəfatınadək – 15 il həyatı Moskvaya bağlı olur.

 

Sergey Sergeyeviç layiqli davamçısı olmasıyla da seçilib. Belə ki, onun yolunu Dmitri Kramarenko davam etdirib. 46 yaşlı mütəxəssis uzun illər çıxış etdiyi milli komandamızda hazırda qapıçılarla işləyən məşqçidi. 

 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL