TOP 10

Lider mən idim, lider yenə özüməm

Futbol
Tarix: 2020-03-25 14:20

Bütün dünyanı bürüyən koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasında cari mövsümdə 20 tur keçirilib. Sport24.az xəbər verir ki, "Keşlə"nin moldovalı legioneri Stanislav Namaşko qış fasiləsinə oqədər lduğu kimi, ondan sonra da hegemonluğunu davam etdirir.

 

Belə ki, 34 yaşlı qapıçı cari çempionatın arxada qalan hissəsini əvəzolunmadan keçirən yeganə futbolçudu. Bu 20 turda yalnız Namaşko 1800 dəqiqə meydanda olmağı bacarıb. 

 

Ümumiyyətlə isə cari çempionatda yalnız 4 futbolçu komandasının bütün oyunlarında forma geyinib. Digər 3-ü sahə oyunçuları - Stanislavın komanda yoldaşı olan yarımmüdafiəçi Vüsal İsgəndərli, habelə "Səbail"lilər - kapitanlıq sarğısını daşıyan orta sahə oyunçu Rahid Əmirquliyev və müdafiəçi Ürfan Abbasovdu. 

 

Maraqlıdır ki, ilk dövrənin son turunda bu üçlük cəzalı duruma düşmüşdü. Mövsümdə 4-cü dəfə sarı vərəqələrini alan həmin futbolçular növbəti turu buraxmalı olacaqdı. Ancaq çempionat qeyri-müəyyən müddətə dayandırıldığından, cəzalarının icrası sonraya qaldı. Beləliklə, Premyer Liqada XXI turda Namaşkoda meydana çıxmasıyla bağlı bir problem olmasa, bütün turlarda oynamış yeganə futbolçuya çevriləcək.

 

Xatırladaq ki, qış fasiləsinədək 2 futbolçu 14 turu əvəzolunmadan keçirmişdi. Bunlar Namaşko və onun syerra-leoneli komanda yoldaşı olan yarımmüdafiəçi Con Kamara idi. 

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB