TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - autsayderlər qalibi müəyyənləşdirmədilər

Futbol
Tarix: 2020-03-24 20:24

PFL-in dəstəyi ilə keçirilən, Sport24.az və Football24.az-ın birgə layihəsi olan "Azərbaycan futbolunun tarixiylə baş-başa" adlı çempionatın üçüncü turunun deserti üçün autsayderlərin - "Qəbələ" (Asif Məmmədov) və "Keşlə"nin (Tərlan Quliyev) duelini təqdim edirik. 

 

Qeyd edək ki, ilk iki sual ikinci turdakı bütün iştirakçılar üçün eynidi. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.
 

 

"Qəbələ" (Asif Məmmədov)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.

 

2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadı?

- "İnşaatçı" (Sabirabad).

 

3. "Qəbələ" avrokuboklarda ən böyükhesablı qələbəni hansı komanda üzərində qazanıb?

-  "Samtredia".
 

 

 

"Keşlə" (Tərlan Quliyev)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.

 

2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadı?

- "Neftçi".

 

- "Keslə" ölkə Kubokunu qazandığı finalda yeganə qolunun müəllifi kim olub?

- Pərdis Fərcad-Azad.

 

Autsayderlər özlərini turnir cədvəlindəki mövqelərinə uyğun aparmadılar. Təsadüfi deyil ki, onlar yalnız ilk Azərbaycan Kubokunun qalibiylə bağlı sualı düz tapmadı. Bunun doğru cavabı isə Bakı "İnşaatçı"sıdı. Klublarının tarixlərinə bağlı suala gəlincə, həm Asif, həm də Tərlan "doqquzluğ"a düşdü. "Qəbələ" 2016/17 mövsümündə Gürcüstan "Samtredia"sını 5:1 hesabıyla darmadağın edib. "Keşlə"yə gəlincə, Kuboku 5-ci cəhdindən qazana bilib. Paytaxt təmsilçisi buna 2017/18 mövsümündə Qəbələdəki finalda 1:0 hesablı qələbəylə nail olub. Yeganə qolun müəllifi isə 71-ci dəqiqədə fərqlənən Pərdis Fərcad-Azad olub. 

 

 

 

"Qəbələ" (Asif Məmmədov) - "Keşlə" (Tərlan Quliyev) - 2:2

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB