TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - Qurban Qurbanov qələbə gətirdi

Futbol
Tarix: 2020-03-24 18:16

Sport24.az və Football24.az-ın PFL-in dəstəyi ilə keçirdiyi, Premyer Liqa təmsilçilərinin hamısının iştirak etdiyi "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatını davam etdirir. Üçüncü turun üçüncü cütlüyü "Neftçi" (Aqil Məmmədov) və "Sumqayıt" (İlqar Qurbanov) oldu.

 

Qeyd edək ki, ilk iki sual ikinci turdakl bütün iştirakçılar üçün eynidir. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.
 

 

"Neftçi" (Aqil Məmmədov)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Ağasəlim Mircavadov.

 

2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadır?

- "Neftçi".

 

3. "Neftçi" son dəfə Azərbaycan Kubokunu hansı mövsümdə qazanıb?

- 2012/13 mövsümündə.

 

 

"Sumqayıt" (İlqar Qurbanov)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.

 

2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadı?

- "Neftçi".

 

3. "Sumqayıt" Premyer Liqada ilk mövsümündə hansı adla çıxış edib?

- "Sumqayıt."

 
 

İştirakçılar üçün suallar praktiki olaraq güclərinə görə olmadı. Ağasəlim Mircavadov uzun müddət ölkə çempionluğunu qazanan baş məşqçilər arasında lider olmuşdu. Ancaq ötən mövsüm Qurban Qurbanov 6 dəfə buna nail olan ilk baş məşqçi olmaqla ağsaqqal mütəxəssisi keçdi. Məhz bu suala düzgün cavab sayəsində “Sumqayıt” qalib gəldi. Azərbaycan kubokunun ilk qalibinə gəlincə, o, Bakı "İnşaatçı"sı idi. Ümid edirik ki, həm Aqil, həm də İlqar Kubokun ilk sahibini unutmayacaqlar.

 

Üçüncü suala gəlincə, "neftçilər" in qapıçısı düzgün cavaba yaxın idi, ancaq cəmi 1 mövsüm səhv etdi. Sonuncu dəfə "ağ-qaralar" Kuboku 2013/14 mövsümünü qazanıb. "Sumqayıt" isə ilk mövsümündə "Sumqayıt Şəhər" adlanırdı. Minimal hesablı qələbə turun son matçının nəticəsindən asılı olmayaraq, 3 turdan sonra lider olan "Sumqayıt"a daha 3 xal qazandırdı.

 

 

"Neftçi" (Aqil Məmmədov) - "Sumqayıt" (İlqar Qurbanov) 0:1
 

 
 

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL