TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - Ayxan Abbasov "Zirə"ni xilas edir

Futbol
Tarix: 2020-03-24 16:18

Sport24.az və Football24.az, PFL-in dəstəyi ilə Premyer Liqa təmsilçilərinin hamısının iştirak etdiyi "Azərbaycan futbol tarixiylə baş-başa" adlı çempionatını davam etdirir. Üçüncü turun ikinci cütündə rəqiblər "Zirə" (Cavid Hüseynov) və "Sabah" (Ruslan Abışov) oldu.

 

Qeyd edək ki, ilk iki sual ikinci turdakı bütün iştirakçılar üçün eynidir. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Zirə" (Cavid Hüseynov)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.


2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadı?

- "Neftçi".


3. "Zirə"nin avrokuboklarda baş məşqçisi kim olub?

- Ayxan Abbasov.
 

 

 

"Sabah" (Ruslan Abışov)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.


2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadı?

- Bakı "İnşaatçı"sı.


3. "Sabah"ı Premyer Liqada debüt matçına kapitan qismində kim çıxarıb?

- Cavid İmamverdiyev.
 

 

Qurban Qurbanovun rekorduyla bağlı sual hər iki iştirakçı üçün asan oldu. Ancaq Azərbaycan Kubokunun ilk qalibinin sualının öhdəsindən yalnız "Sabah"ın kapitanı gəldi. Düzdür, "Zirə" son nəfəsində heç-heçəni qopara bildi. Cavid Hüseynov komandasının Ayxan Abbasovun rəhbərliyi altında Avropa yarışlarında oynadığını xatırladı. Lakin Abışov "Sabah"ın ilk kapitanını xatırlaya bilmədi ki, bu, Kərim Diniyev olub. Beləliklə, mübariz heç-heçə qeydə aındı ki, burada hər 2 tərəf həsəd yaradan fərasət göstərdi. 
 

 

"Zirə" (Cavid Hüseynov) - "Sabah" (Ruslan Abışov) - 2:2
 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB