TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - paradoksal "Qarabağ"

Futbol
Tarix: 2020-03-24 14:30

Sport24.az və Football24.az, PFL-in dəstəyi ilə Premyer Liqa təmsilçilərinin hamısının iştirak etdiyi "Azərbaycan futbolu tarixiylə baş-başa" adlı çempionatını davam etdirir. Üçüncü turun ilk cütünü "Səbail" (Rahid Əmirquliyev) və "Qarabağ" (Qara Qarayev) təşkil etdi. 
 

Qeyd edək ki, ilk iki sual ikinci turdakı bütün iştirakçılar üçün eynidir. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

"Səbail" (Rahid Əmirquliyev)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.


2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadır?

- "Neftçi".


3. "Səbail" cari çempionatda hansı komanda ilə oyunlarda ən çox xal qazanıb?

- "Keslə".

 

 

"Qarabağ" (Qara Qarayev)

1. Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimdi?

- Qurban Qurbanov.


2. Müstəqillik qazandıqdan sonra Azərbaycan Kubokunun ilk sahibi hansı komandadı?

- Xatırlaya bilmirəm.


3. “Qarabağ”ın tarixində ən çox oyun keçirən futbolçu kimi rekordçu kimdi?

- Maksim Medvedev.

 

Hər 2 iştirakçı 2 suala düzgün cavab verərək, 28 il əvvələ ekskursiyanın öhdəsindən gələ bilmədi. Azərbaycan Kubokunun ilk qalibi Bakı "İnşaatçı" olub. Bəli, fikrimizcə, artıq indi Rahid və Qara ölkə Kubokunun ilk sahibini heç vaxt unutmayacaqlar. İştirakçıların klublarının tarixi ilə birbaşa əlaqəli sualla gəlincə, bizə elə gəlir ki, daha çətin Əmirquliyevə olub. Lakin "Səbail" in kapitanı "Keşlə"yə qarşı 3 oyunda aldıqları 7 xalı almalarını xatırlamağı bacarıb. Və Qarayev də Maksim Medvedevin Müşviq Hüseynovun rekordunu keçdiyini xatırlamaqla yaxşı yaddaşıyla seçildi.

 

Paradoksaldı ki, üçüncü turda da "Qarabağ"ın iştirakı ilə heç-heçə qeydə alındı. Düzdür, ilk iki turdan fərqli olaraq bu dəfə hesab 1:1 deyil.
 

 

"Səbail" (Rahid Əmirquliyev) - "Qarabağ" (Qara Qarayev) 2:2
 

CBCsport
06 Iyun 2020
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB