TOP 10

İkinci turun qəhrəmanları

Futbol
Tarix: 2020-03-24 12:00

Bu çətin günlərdə Sport24.az və Football24.az birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən, Premyer Liqanın bütün təmsilçilərinin iştirak etdiyi "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatını davam etdirir. Dünən ikinci turu geridə qoyduq. Mübarizə güzəştsizdir. Sübut? Artıq heç bir komanda yoxdur ki, aktivində maksimal xal olsun. Həmçinin ehtiyatında xalı olmayan da yoxdu. 
 

Bir çox müsbət məqam var. Nəhayət. turun hər 3 sualına düzgün cavab verən bir iştirakçı meydana çıxdı. Bu, "Sabah" ın təmsilçisi Ruslan Abışovdu. Ümumiyyətlə, düzgün cavabların faizi 40 faiz artdı! İlk turda iştirakçılar 10 suala düzgün cavab vermişlərsə, ikinci oyun günündə bu rəqəm 14-ə bərabər oldu. Necə deyərlrə, komandaların "iştahı artır".

 

Asif Məmmədovun simasında ilk "Qəbələ"ni ilk xalını qazanmasınıda qeyd etmək istərdik. Yeri gəlmişkən, onunla xalları bölən "Qarabağ"ın təmsilçisi Qara Qarayev qələbələr və məğlubiyyətlər sütununda sıfırlar olan yeganə iştirakçıdı. 

 

Hər iki turda 2 suala düzgün cavab verən "Səbail" (Rahid Əmirquliyev) və "Sumqayıt" (İlqar Qurbanov) sabit çıxış edir. Yeri gəlmişkən, onların şəxsi görüşü də qalibi müəyyənləşdirmədi.

 

İkinci turun nəticələri: "Zirə" - "Neftçi" - 2:1, "Sabah" - "Keşlə" - 3:2, "Sumqayıt" - "Səbail" - 2:2, "Qarabağ" - "Qəbələ" - 1:1.

 

1. Sumqayıt 2 1 0 1 0 4-2 4
2. Səbail 2 1 0 1 0 4-3 4
3. Sabah 2 1 0 0 1 4-4 3
4. Zirə 2 1 0 0 1 3-3 3
5. Neftçi 2 1 0 0 1 3-3 3
6. Qarabağ 2 0 0 2 0 2-2 2
7. Keslə 2 0 0 1 1 3-4 1
8. Qəbələ 2 0 0 1 1 1-3 1

 

3-cü turun oyunları bu gün keçiriləcək:

"Qəbələ" - "Keşlə", "Səbail" - "Qarabağ", "Neftçi" - "Sumqayıt", "Zirə" - "Sabah".

 

Qeyd edək ki, "Sumqayıt" İlqar Qurbanovla, "Səbail" Rahid Əmirquliyevlə, "Neftçi" Aqil Məmmədovla, "Qarabağ" Qara Qarayevlə, "Keşlə" Tərlan Quliyevlə, "Sabah" Ruslan Abışovla, "Zirə" Cavid Hüseynovla, "Qəbələ" Asif Məmmədovla təmsil olunub.
 

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL