TOP 10

Çempionat dayanıb, Qurban Qurbanov irəliləyir

Futbol
Tarix: 2020-03-24 10:00

Dünyanın ən yaxşı futbol məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə planetin 1000 ən yaxşı futbol mütəxəssisi yer alıb.

 

Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdu. 48 yaşlı mütəxəssis 1054 xala malik olaraq dünyanın 551-ci pillədə yer alıb.

 

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqasının dayandırılması Qurbanovun bu dəfə də irəliləməsinə mane olmayıb. Belə ki, təcrübəli mütəxəssis ötən siyahı ilə müqayisədə 9 pilləlik yüksəlişə nail olub. Qurbanov keçən cədvəldə də 6 pillə irəliləyişə imza atmışdı.

 

Qeyd edək ki, siyahıya “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp 14 695 xalla başçılıq edir. 

 

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL