TOP 10

Şeydayevdən "Slovan" açıqlaması: "Pul məsələsini ümumiyyətlə, müzakirə etmirəm"

Futbol
Tarix: 2020-03-23 20:00

"Vaxtımın daha çoxunu evdə keçirirəm. Fərdi olaraq evdə məşq edirəm. Hərdən isə dənizkənarında qaçıram". Sport24.az xəbər verir ki, "Sabah"ın hücumçusu Ramil Şeydayev deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu koronavirus pandemiyası ilə bağlı “çellenc”ə qoşularaq evdə çaynik çiləməsinə aydınlıq gətirib: "Hamı tualet kağızı ilə “çellenc”ə qoşulmuşdu. Evdə köhnə çaynik var idi, mən də onunla bu hərəkəti etdim. Təbii ki, ayağım ağrımadı"

 

Liberets "Slovan"ın transfer siyahısında yer alan forvard Çexiyaya yollanıb-yollanmayacağı haqda da danışıb. O bildirib ki, hər şeyə mövsümün sonunda aydınlıq gələcək: "Slovan"la danışığım olmayıb. Amma çempionat başa çatdıqdan sonra gələn təklifləri gözdən keçirəcəm".

 

UEFA martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtını bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib. Şeydayev bu məsələyə isə qısa cavab verib: "Pul məsələsini ümumiyyətlə, müzakirə etmirəm. Klubda da bu haqda hələ söhbət olmayıb" (apasport.az).
 

 

 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL