TOP 10

"Qəbələ"də yerdəyişmələr - Məmmədov 4-cü pilləyə yüksəldi, Alıyev "20-liy"ə daxil oldu

Futbol
Tarix: 2020-03-23 14:00

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub. Sport24.az xəbər verir ki,  “qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb.

 

Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.

 

İndiki heyətdə rekordçu Asif Məmmədovdu. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. 34 yaşlı yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.

 

Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadı. “20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.

 

 

"Qəbələ"də ən çox oyun keçirən 20 futbolçu

1. Urfan Abbasov -  220

2. Dmitri Bezotosnı -  166

3. Dodo -  161

4. Asif Məmmədov - 143

5. Vojisıav Stankoviç -  142

6. Elvin Camalov - 141

7. Viktor Mendi -  127

8. Samir Zərgərov -  122

9. Cavid Hüseynov - 117

10. Rafael Santos - 104

11. Pavel Doroşev -  99

12. Abdulkader Kamara -  97

13. Azər Həşimov -  95

14. Rəşad Sadiqov -  91

15. Lyubo Baranin -  90

16. Əli İsmayılov - 82

17-18. Qismət Alıyev - 80

Sergey Zenyov -  80

19. Vitali Vernidub -  78

20. Filip Ozobiç -  74

 

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB