TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qarabağ" "Keşlə"ni məğlub edə bilmədi

Futbol
Tarix: 2020-03-22 15:51

Başladıq! Sport24.az və Football24.az-ın birgə layihəsi start götürür. İlk olaraq baş-başa müvafiq olaraq Tərlan Quliyev və Qara Qarayevlə təmsil olunan "Keşlə" və "Qarabağ" üz-üzə gəldi. 

 

Hər iki iştirakçı üçün ilk iki sual eyni idi. Üçüncü sual isə futboluların təmsil etdiyi klubların tarixinə aid idi. Maraqlıdır ki, oyunçulardan heç biri komandasının tarixi ilə bağlı suala cavab verə bilməyib. Daha bir maraqlı nüans - həm Quliyev, həm də Qarayev yalnız bir suala düzgün cavab verib.

 

 

"Keşlə" (Tərlan Quliyev)

1. Hazırki Azərbaycan çempionatı sayca neçəncidi?

- Otuzuncu.

 

2. Hansı klub ən çox Azərbaycan çempionu adını qazanıb?

- "Neftçi".

 

3. "Keşlə" son olaraq hans mövsümdə Azərbaycan çempionu olyb? ("Keşlə"nin tarixi "İnter"dən başlayır)

- Yadımda deyil.

 

 

"Qarabağ" (Qara Qarayev)

1. Hazırki Azərbaycan çempionatı sayca neçəncidi?

- Dəqiq cavab verməkdə çətinlik çəkirəm.

 

2. Hansı klub ən çox Azərbaycan çempionu adını qazanıb?

- "Neftçi"

 

3. "Qarabağ" Azərbaycan müstəqillik qazanandan sonra ilk dəfə nə vaxt çempionluq qazanıb?

- 1996-cı ildə.

 

Hər iki iştirakçı hazırkı çempionatın neçənci olmasıyla bağlı suala düzgün cavab verə bilmədilər. Düzgün cavab 28-ci Azərbaycan çempionatıdı.

 

İkinci suala gəlincə, aldadıcı idi. Əvvəlki 27 çempionatda "Qarabağ" və "Neftçi" ikisinə birgə 15 qızıl medal qazanıb. Hələ ki bakılılar minimal üstünlüklə irəlildədi - 8:7. Başqa sözlə, hazırda bu virtual yarışda "Neftçi" liderdi. Hər iki oyunçu bu sualın öhdəsindən əla gəldi.

 

Quliyev "Keşlə"nin son çempionluğunu xatırlaya bilmədi. Qeyd edək ki, komanda bu titula 2009/10 mövsümündə nail olub. O vaxt "İnter" adı ilə çıxış edirdi. 


Qarayevə gəlincə, "Qarabağ"ın yarımmüdafiəçisi dəqiq cavaba çox yaxın idi, lakin hədəfdən bir az yayındı: "Komandanın ilk Azərbaycan çempionluğunu 1988-ci ildə qazandığını bilirəm. Müstəqil Azərbaycanda? Ya 1994, ya da 1996-cı ildə. Orda bir mübahisəli çempionluq var ki, sonda bizı sayılmayıb. Başa düşürəm ki, seçim etmək lazımdı. Qoy, 1996-cı il olsun".

 

Düzgün cavab 1993-cü ildir. Onda çempionat "yaz-payız" sistemində keçirilirdi. Buna görə çempionat payızda başa çataraq, 1994-cü ilə keçmədi.


İlk matçı yekunlaşdıraq. Hər iki iştirakçı yalnız bir suala düzgün cavab verdi. Açıq deyək, suallar çətin deyildi. Çox güman ki, oyunçular hələ bu cür çempionata köklənə bilməyiblər. Qarşıda onları daha 13 tur gözləyir. Hələliksə tərəflər hərəyə bir xalla kifayətləndi.
 

 

"Keşlə" (Tərlan Quliyev) - "Qarabağ" (Qara Qarayev) - 1:1

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB