TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - Sport24.az intriqanı qaytarır!

Futbol
Tarix: 2020-03-22 10:00

Milli çempionatımız dayandırılıb. Ölkə koronavirusla mübarizə aparır. Bu, uğurlu alınır, ancaq buna baxmayaraq, yerli futbolun əsl həvəskarlarına yerli miqyasda intriqa çatışmır. Bu çətin günlərdə Sport24.az və Footbal24.az heç olmasa bu kədərli günlərə işıq salmaq, pozitivlik gətirmək və ən azı nəzəri cəhətdən komandaları tonusda birgə layihəyə - Azərbaycan virtual çempionatına start verir.
 

Bugündən etibarən Premyer Liqanın hər klubundan bir futbolçu "Azərbaycan futbolu tarixiylə baş-başa" adlı çempionatda öz komandasını təmsil edəcək.

 

Çempionatın qaydası

 

1. Çempionat iki dövrədə keçirilir. Hər dövrədə 7 tur olacaq.
 

2. Hər turda 4 matç keçiriləcək. Hər matçda iki komandanın bir nümayəndəsi yarışacaq. Turların reqlamenti Azərbaycan Premyer Liqasının ilk 14 turuna uyğun olacaq. Yəni ilk turda Azərbaycan çempionatının ilk turunda çıxış edən komandaların nümayəndələri qarşılaşacaq və s.
 

3. Hər futbolçuya 3 sual veriləcək. İlk iki sual eyni olacaq, üçüncü sual birbaşa oyunçunun təmsil etdiyi kluba aid olacaq.
 

4. Hər bir oyunçu qələbə üçün 3, heç-heçə üçün 1, məğlubiyyət üçün 0 xal alacaq. Rəqib olan komandaların hər iki oyunçusu sualların maksimum sayına cavab verərsə (3:3 hesabı qeydə alınacaq), onda hesablarına 2 xal yazılacaq.

 

4.1. Turnir cədvəlində komandaların qarşısında bunlar olacaq - O (oyunların sayı), Q (qalib gələn matçların sayı), SH (super heç-heçə - rəqiblərin 3:3 hesabı ilə başa çatan heç-heçə oyunlarının sayı, bunun üçün 2 xal veriləcək), H (heç-heçə sayı - bir xal veriləcək maksimum göstəricilərlə tamamlanmamış), M (məğlubiyyətlərin sayı - xalların hesablanmayacağı), F (öz düzgün cavablarınla rəqibinki arasındakı fərq), X (yığılmış xalların sayı).

 

5. 14 turun nəticələrinə görə Azərbaycan çempionu müəyyənləşəcək. Qalib ən çox xal toplayan iştirakçı olacaq.

 

5.1. Çempionatın yekununda iki və ya daha çox iştirakçı eyni sayda xal toplayarsa, aralarında 10 sual daxil olmaqla Superfinal keçiriləcək.
 

 

6. Çempionatın iştirakçıları klubun mətbuat xidmətinin rəhbərləri tərəfindən seçilib və əvəzlənmələrə yalnız fors-major vəziyyətlərdə icazə verilir.

 

7. İştirakçıların siyahısı aşağıdakılardır:

"Qarabağ" (Qara Qarayev)
"Neftçi" (Aqil Məmmədov)
"Keşlə" (Tərlan Quliyev)
"Sumqayıt" (İlqar Qurbanov)
"Zirə" (Cavid Hüseynov)
"Sabah" (Ruslan Abışov)
"Səbail" (Rahid Əmirquliyev)
"Qəbələ" (Asif Məmmədov)
 

 

 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL