TOP 10

Ağır atletlər federasiyaya qarşı çıxdılar, baş katibi hədəfə aldılar: "Gecikmə bizdən yox, klubdandı, ancaq bu məsələ də şişirdilib"

Digər
Tarix: 2020-03-21 13:00

Ağır atletika üzrə milli komandamızın üzvləri Azərbaycanın Ağır Atletika Federasiyasına (AAAF) qarsı ayağa qalxıblar. Sport24.az xəbər verir ki, bu, "Futbol+" qəzetində çıxan yazıda öz əksini tapıb. 

 

Milli üzləri uzun müddətdir maaş almadıqları, normal təlim-məşq toplanışı keçmədikləri etiraz videosu yayımlayıblar. Videomüraciətdə idmançılar AAAF rəsmilərinin uzun müddətdir onlara yalan vədlər verdiklərini, iki aydan artıqdır maaş üzünə həsrət qaldıqlarını bildiriblər. İdmançılara tələb olunan vitaminlərin verilmədiyini, federasiya işçilərinə, konkret baş katib Rizvan Rəsulova müraciət etdikdə, onları dinləmədiklərini deyiblər.

 

Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. AAAF-nın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev idmançıların etirazları ilə tanış olduqlarını diqqətimizə çatdırıb: "Onlar maaşlarının uzun müddətdir verilməməsini qeyd edir, bunda federasiyanı günahlandırırlar. Əvvəla onu qeyd etmək lazımdır ki, dünyanın heç bir yerində federasiya idmançıya maaş vermir. Bu iş klubların üzərindədir. Yəni gecikmə federasiyadan yox, klubdandır. Ancaq bu məsələ də şişirdilib. İdmançılar yanvar ayının maaşlarını alıblar. Onlara ödənilməli olan fevral ayının maaşı isə martda verilməli idi. Məlum olduğu kimi, ölkədə xüsusi rejim olunduğundan bütün idman yarışları, ümumilikdə peşəkar idman fəaliyyəti dayandırılıb. Bu səbəbdən klublar da fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalı, dondurmalı olurlar. Eyni hal da ağır atletlərdə baş verib".

 

Məstəliyev bildirib ki, ağır atletlərin klubdakı maaşlarında 10 günlük gecikmə olub və son görüş zamanı bundan sonra məvaciblərinin necə ödəniləcəyi barədə məsələyə bayramlardan sonra qayıdılıb müzakirə ediləcəyi elan edilib: "Onlar da bunu yanlış anlayıb ictimaiyyətə də yanlış məlumat veriblər. Bu, xoşagəlməz haldır və məsələnin bu qədər şişirdilməsi, rezonans doğurmasına cəhd edilməsi heç də yaxşı deyil, idmanın, bilavasitə ağır atletikanın inkişafına mane olan, zərbə vuran məqamdır”.

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB