TOP 10

Tokio Olimpiadasının məşəli Yaponiyada alovlandırıldı

Olimpiada
Tarix: 2020-03-20 11:34

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli bu gün təhlükəsiz şəkildə Yaponiyaya çatdırılıb. Sport24.az xəbər verir ki, məşəli Yunanıstandan gətirən təyyarə Miyagi bölgəsinə planlaşdırılmış vaxtdan 1 saat tez çatsa da, güclü külək tədbirin xeyli gec başlamasına səbəb olub.

 

Mərasimdə rəsmi şəxslərin çıxışlarından sonra cüdo üzrə üç qat olimpiya çempionu Tedaxiro Nomura və sərbəst güləş üzrə üçqat olimpiya çempionu Saori YesidaS.Yesida birlikdə məşəli alovlandırıblar.

 

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi martın 12-də keçirilib. Həmin tədbir də ilk dəfə azarkeşsiz baş tutub. İyulun 24-də start götürməsi planlaşdırılan Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.

CBCsport
04 Iyul 2020
03 Iyul 2020
B.eÇ.aÇC.aCŞB