TOP 10

"Formula 1" açıqladı - Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı

Digər
Tarix: 2020-03-19 20:27

"Formula-1" üzrə daha 3 Qran-pri koronavirusa pandemiyasına görə baş tutmayacaq. Sport24.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 

 

Bildirilib ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) Qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcəyi qeyd olunub. Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır.

 

Qeyd edək ki, "Formula 1" rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB