TOP 10

Rafael Ağayev və İrina Zaretskanın Olimpiadada iştirakı rəsmiləşib

Olimpiada
Tarix: 2020-03-19 13:00

Karate üzrə milli komandamızın liderləri Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib. Sport24.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var.
 

Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan Ağayev -75 kq çəkidə, İ.Zaretska isə +61 kq çəki dərəcəsində yarışacaq.

 

Rafaelin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrinanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır.

 

İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin olimpiya lisenziyası qazanması iyunun 26-28-də Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.

CBCsport
04 Iyul 2020
03 Iyul 2020
B.eÇ.aÇC.aCŞB