TOP 10

Rüfət Hüseynov olimpiadaya lisenziyanı son anda əldən verdi

Boks
Tarix: 2020-03-17 09:30

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri yarımçıq dayandırılıb. Sport24.az xəbər verir ki, yarışın təxirə salınmazdan əvvəl baş tutan sonuncu – üçüncü gününün ikinci seansında Azərbaycan millisinin üç üzvü rinqə çıxıb.
 

Boksçularımızdan Tayfur Əliyev (57 kq) 1/8 finalda Edqaras Skurdelislə üz-üzə (Litva) gəlib. Rəqibi ilk hissədə qaşı partladığından döyüşü davam etdirə bilməyib və həmyerlimiz qalib elan olunub. 23 yaşlı boksçu 1/4 finala yüksəlməklə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.


52 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov da Olimpiya vəsiqəsinə yaxın olub. Lakin 1/8 finalda Kosmin-Petre Girleanuya (Rumıniya) 2:3 hesablı məğlubiyyət bu hüququ rəqibə qazandırıb.


Yığmamızın üzvü Kamran Şahsuvarlı isə ikinci görüşündə ukraynalı Aleksandr Xijnyakla döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşmada dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi olan rəqib qələbə qazanıb.


Beləliklə, martın 24-də yekunlaşmalı olan Avropa Olimpiya Təsnifat Turniri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə dayandırılıb. BOK martın 14-də start götürən yarışı may ayına qədər təxirə salıb. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub.


Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin 3 günündə Azərbaycan yığmasının digər boksçularından Cavid Çələbiyevlə (63 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib. Onlardan fərqli, Anaxanım Ağayeva (51 kq) və Rauf Rəhimov (91 kq) məğlub olub. Məhsəti Həmzəyeva (57 kq), Aynur Rzayeva (75 kq) Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə rinqə çıxmadan Londondan ayrılacaqlar.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB