TOP 10

Tərlan Əhmədov məşqlərin ləğv edilməsinə qarşıdı: "Bəs, əgər çempionat aprelin 15-də davam edərsə?"

Futbol
Tarix: 2020-03-15 17:18

"Futbolçulara heç bir fərdi tapşırıq verməmişəm. Gələn həftə bayram öncəsinədək gündəlik məşqlər edəcəyik. Komandanın yaxşı tonusda olmasına dəstək olmaq üçün birdəfəlik məşq verilir". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə" nin baş məşqçisi Tərlan Əhmədov deyib.
 

Təcrübəli mütəxəssis uzunmüddətli tətilin komandaya zərər verəcəyini hesab edir: "Bayramdan sonra, martın 24-də məşqləri bərpa, vəziyyətə uyğun hərəkət edəcəyik. Uzunmüddətli istirahət planlarımıza daxil deyil. Bu məsələni rəhbərliklə müzakirə etdik. Vəziyyət yaxşılaşa və çempionat dərhal bərpa oluna bilər. Və ya əksinə, fasilənin daha da uzanması mümkündü. Hər iki halda da komandaya 1-2 həftəlik istirahət verə bilmərik. Əks təqdirdə, hər şey sıfırdan başlamalı olacağıq".

 

Əhmədov legionerlərlə bağlı vəziyyətə də toxunub: “Stanislav Namaşkonun ailəsi Krasnodardadı. Bilet məsələsi həll olunsa, bəlkə bir neçə günlük gedəcək. Bəzi legionerlərin Qəbələyə və ya Qubaya bir neçə günlük istirahətə getməsi də mümkündür. Başqa heç bir gediş planlaşdırılmır. Heç olmasa fitnes zalında məşq etmək niyyətindəyik. Yuxarıda dediyim kimi, komandanı uzun müddət buraxa bilmirik. Oyunçuların özləri məşq etmək və ya futbol oynamağı xahiş edirlər. Ancaq bütün məşqlərə qadağa olarsa,bununla barışmalıyıq.  Ancaq məni başa düşün, aprelin 14-ə qədər məşq etməsən, futbolçular kondisiyalarını tam itirəcəklər. Bəs, əgər çempionat aprelin 15-də davam edərsə? Bir ay bir məşq etməyən və çempionat matçına çıxan komandanı təsəvvür edin. Bu ciddi müzakirə tələb edən çox məsuliyyətli bir mövzudu. Bazar ertəsi günü komanda bir araya gələcək. Hansı addımları atmağa qərar verməklə bağlı toplantımız olacaq".

 

 

 

 

CEYHUN ƏLİYEV

 

 
 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB