TOP 10

"Slovan"ın Şeydayev planı - 2 illik müqavilə

Futbol
Tarix: 2020-03-14 17:00

Çexiyanin “Slovan” klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi heyətinə cəlb etməkdə israrlıdır. Sport24.az xəbər verir ki, Liberets təmsilçisinin "Sabah"ın oyunçusuna edəcəyi təklifin detalları müəyyənləşib.

 

Bakı klubu ilə mövsümün sonuna qədər müqaviləsi olan 24 yaşlı forvarda çexlər yayda 2 illik müqavilə təklif etməyi planlaşdırırlar. "Slovan"ın məşqçilər korpusu Şeydayevin oyununa son dəfə canlı baxmaq üçün milli komandamızın mayın 26-da Antalyada Türkiyə ilə keçirəcəyi yoxlama görüşünü tribunadan izləyəcək.

 

Qeyd edək ki, Ramil qış fasiləsində Moskva "Dinamo"sundan ayrılaraq "Sabah"a keçib (apasport.az).

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB