TOP 10

Rəşad Sadiqov "butslarını asır": "Bilmirəm niyə komandada hər şey qaydasında gedən kimi, əsassız dedi-qodular çıxır"

Futbol
Tarix: 2020-03-14 16:14

O, Milanda "Cüzeppe Meatsa"da qol vurdu, amma bu, nə yoldaşlıq görüşündə, nə də Rusiya təmsilçisinin sıralarında baş tutdu. Bu, Avropa Liqasının qrup mərhələsində və Azərbaycan klubu üçün reallaşmışdı. Azərbaycanın avrokuboklarda qrupda ilk təmsilçisinin kapitanı olub. İndisə karyerasını bitirmək üzrədir. "Keşlə"nin oynayan məşqçisi olan Rəşad Sadiqovdan bəhs edirik. 37 yaşlı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında komandanın bu mövsümdəki çıxışını qiymətləndirib, yaxın planları barədə danışmağı da unutmadı: "Komandanın qış fasiləsindən sonra gerilədiyini deməzdim. Bəli, məğlub olduğumuz matçlar oldu. "Qarabağ", "Neftçi" və "Səbail"ə uduzduq. "Neftçilər"lə görüş istisna olmaqla, digər iki komandaya qış fasiləsinə qədər də uduzmuşduq. Fasilədən əvvəl 3-cü yerdə idik, indi də eyni pillədəyədik. Üstəlik,da xal fərqini artıraraq, ən yaxın izləyicimiz olan 4-cü pillənin sahibini 7 xal qabaqlayırıq. Eyni ruhda davam edə bilsək, avrokuboklara vəsiqə əldə edəcəyik. Ancaq heç bir halda arxayınlaşmamalıyıq - bir-iki dəfə büdrəsək, rəqibin arxadan nəfəsini artıq hiss edəcəyik".
 

"Keşlə" ilk dövrədə 11, ikincidə 12 xal toplayıb. Üçüncü dövrədə isə son turda qələbə qazansa belə bu, əvvəlkilərdən az olacaq. Axı, Tərlan Əhmədovun komandası 3-cü dövrədə 7 xal toplayıb: “Üçüncü dövrə hələ bitməyib. "Səbail"i məğlub etsək, bu dövrədəki xalların sayını 10-a çatdıracağıq. Başqa sözlə, kritik bir şey baş verməyib. Məncə, qış fasiləsinədək olduğu kimi oynayırıq. Komandanın çıxışında hər hansı bir eniş müşahidə etmirəm. Əks təqdirdə ən yaxın rəqiblərimizlə xal fərqi 7 yox, 2-3 xal olardı! Qış fasiləsindən sonra rəqabət nəzərəçarpacaq dərəcədə artıb. Burdan da çox xal itkisi yaranıb. Vəziyyət belədir ki, hətta son pillədə gedən komandanın Avropa Liqasına düşmək üçün real şansı var. Əldə olunan xal üstünlüyünü qorumaq üçün hər şey etmək lazımdı".

 

Təcrübəli futbolçu hesab edir ki, komandada mehriban atmosferin, ən yüksək səviyyədə qarşılıqlı anlaşmanın olması çox vacibdi: "Heç bir münaqişədən söhbət gedə bilməz. Məşqlərdə hamı bütün gücüylə çalışır. Əlbəttə ki, kiçik anlaşılmazlıqlar olur. Ancaq bu təbiidir, üç nəfərin bir dam altında yaşadığı hər ailədə bəzi anlaşılmazlıqlar olur. "Keşlə" karyeramda ilk klub deyil. 20 ildir yüksək eşelonda oynayıram. Kiçik fikir ayrılıqlarının yaranmadığı belə bir komanda olmayıb. Bu yalnız məşq zamanı deyil, həm də oyunlarda da baş verir. Bilmirəm, nəyə görə komandada işlər qaydasında getdiyi zaman kənardan təzyiqlər yaranır. Heç bir əsası olmayan dedi-qodular çıxır. Qazanırıq, bəxtimizin gətirdiyini deyirlər. Ok, təsadüfən 1-2 oyunda qələbə qazandıq, amma komanda 20 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində ola bilməz!"

 

Sadiqonun Əhmədovla münasibətim necədir?: "Məni komandaya dəvət edən şəxslə münasibətlərimiz necə ola bilər!? Möhtəşəm! Tərlan müəllim hər yerdə və hər şeydə bizə dəstəkdi, arxadı. O, bizə kömək edir, məsləhət verir, doğru yolu göstərir".

 

Sadiqov artıq 37 yaşındadır. Necə deyərlər, bustları özləri ondan mıxdan asmasını istəyir: "Həqiqətən artıq oynamaq istəmirəm. Mövsümün sonunda futbolçu karyeramı bitirəcəm. Hər şeyin nə vaxtsa sonu gəlir. Məşqçiliyə oxumağa başlayacam. Qarşıdakı kurslara qoşularaq B kateqoriyasını almağı planlaşdırıram. Düzü, özümü hələ baş məşqçi kimi görmürəm. Öyrənmək, inkişaf etdirmək, xaricə yollanmaq, əcnəbi məşqçilərin yanında təcrübə keçmək, iş metodlarını öyrənmək, təcrübə qazanmaq lazımdı. Bundan sonra baş məşqçi vəzifəsi barədə düşünmək olar. Hələliksə Tərlan Əhmədovun köməkçisi olaraq "Keşlə"nin məşqçilər korpusunda qalmaq istərdim".

 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB