TOP 10

Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

Gimnastika
Tarix: 2020-03-14 10:00

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
 

Məlumata görə, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan Dünya Kubokunun final mərhələləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq ləğv olunub.


Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdı.


Qeyd edək ki, Dünya Kuboku martın 12-də start götürüb. İlk iki gündə təsnifat yarışları keçirilib.

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL