TOP 10

AFFA futzalla bağlı cəzaları açıqladı

Futzal
Tarix: 2020-03-12 11:27

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az bu dəfə futzalla bağlı olan qərarları diqqətinizə çatdırır:

 

5 mart, futzal üzrə Yüksək Liqanın XVIII turunun “Premier Quba” – “Neftçi” İK matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən “Premier” (Quba) komandasına 0:5 hesablı məğlubiyyət verilir. 

 

3 mart, futzal üzrə İkinci Liqanın “Gənclik” İK – “Altay” matçında “Gənclik” İK komandasının futzalçısı Tərlan Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

4 mart, futzal üzrə İkinci Liqanın “Baker Hughes” – “Borçalı” matçında “Baker Hughes” komandasının futzalçısı Dair Məhəmmədov nalayiq ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.

 

4 mart, futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Atletiko Baku” matçında “Zülfüqar” komandasının futzalçısı Zaur Kazimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

4 mart, futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Atletiko Baku” matçında “Atletiko Baku” komandasının futzalçısı Mehdi Əzimzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

4 mart, futzal üzrə İkinci Liqanın “Hövsan” – “Baku Fire-3” matçında “Baku Fire-3” komandasının futzalçısı Ramal Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etidiyi üçün 4 oyun cəzalanır. 

 

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL