TOP 10

Yığmamızın Minsk toplanışı davam edir - VİDEO

Güləş
Tarix: 2020-03-08 09:00

Qadınlardan ibarət güləş üzrə Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, martın 4-dən start götürən hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında milli üzvlərindən Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko, Elis Manolova (hamısı 62 kq) və Gözəl Zutova (76 kq) iştirak edir. Yerli komanda ilə birgə keçirilən məşqlər martın 18-dək davam edəcək. Toplanış Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.


Xatırladaq ki, yarışda millimiz 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Qadın güləşçilər martın 20-21-də mübarizə aparacaq.


CBCsport
14 Iyul 2020
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB