TOP 10

FİDE - Rəcəbov partiyası: Pat!

Şahmat
Tarix: 2020-03-07 15:42

Teymur Rəcəbov iddiaçıların turnirinə qatılmaqdan imtina etdi. FİDE şahmatçımızın şəxsi səbəblərdən imtina etdiyini bəyan edincə, azərbaycanlı qrossmeyster bunu koronavirusla əlaqələndirdi. “Soyuq müharibə” uzun zaman çəkmədi. FİDE-nin baş katibi Emil Sutovski yarışın təxirə salınmasının mümkünsüzlüyünü dilə gətirməklə yanaşı, Rəcəbovun dəlillərinin obyektiv olduğunu söylədi. Elə bu səbəbdəndir ki, FİDE son anda iddiaçılar turnirində imtinaya görə, Teymura qarşı heç bir sanksiyanın tətbiq edilməyəcəyini bəyan etdi. Maraqlıdı, hazırda Fransada yaşayan, lakin Azərbaycanı təmsil edən Rəcəbovla bağlı rəsmi məlumatı Azərbaycanda doğulmuş və şahmat sirlərinə yiyələnmiş, lakin hazırda İsraildə yaşayan Emil Sutovski yayır.

 

Bəs, haqlı tərəf obrazında kimi göstərmək olar? 

 

Bir yandan koronavirusa görə bir sıra mötəbər yarışların təxirə salındığını, eyni zamanda iki Çin təmsilçisindən yalnız birinin tələb olunan 2 həftəlik karantində saxlanılacağını və belədə, virus daşıyıcısı olmaq ehtimalının yüksək olmasını dilə gətirən Rəcəbov tam haqlıdır. Elə fotoqraflar, jurnalistlər, hakimlər hətta digər iştirakçılar belə, virusa yoluxmuş ola bilər.

 

Məsələnin əks tərəfi də var. Turnirdə iştirak edəcək digər 7 iştirakçı da eyni təhlükəyə eyni faiz ehtimalıyla yoluxa bilər. Rəcəbov FİDE-yə gec müraciət edib və həqiqətən də yarışın vaxtını dəyişmək qeyri-mümkündür. Necə deyərlər, “yuxarı baxırsan - bığ, aşağı baxırsan- saqqal”.

 

Teymuru özündən yaxşı heç kəs tanıya bilməz. Əgər şahmatçı hesab edirsə ki, yarışa qatılacağı təqdirdə psixoloji cəhətdən diskomfort yaşayacaq, onun üzərinə getmək düzgün deyil. Bu, Rəcəbovun seçimidir və onu qeyri-vətənpərvərlikdə, yaxud “ordakıların hansından artıqsan” ritorik sualla suçlamaq səhvdir! Eyni zamanda, FİDE də ciddi maliyyə xərcləri çəkdiyi yarışı təxirə sala bilməzdi. Şahmatda buna “pat” deyilir - partiyada tərəflərdən birinin heç bir gedişi qalmadığı üçün heç-heçə elan olunur.

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL