TOP 10

İdman jurnalistləri arasında ilk Azərbaycan çempionatının qalibi məlum oldu - FOTOLAR

Digər
Tarix: 2020-03-04 18:00

İdman jurnalistləri arasında ilk dəfə PES2020 üzrə Azərbaycan çempionatı keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) birgə təşkil etdiyi yarış 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunub.

 

"Nizami E-Sport Arena"da (Nizami kinoteatrı) baş tutmuş çempionatın açılış mərasiminin aparıcısı AİJF-nin İdarə Heyətinin üzvü Sənan Şəfizadə bütün iştirakçılara uğurlar arzulayıb. 

 

Ardınca qurumun İdarə Heyətinin sədri Qabil Mehdiyev PES2020 üzrə Azərbaycan çempionatının federasiyasının ilk yarışı olduğunu vurğulayıb: "Qarşıda çoxlu yarışlarımız və tədbirlərimiz keçiriləcək. İdman jurnalistləri arasında futbol, tennis və digər yarışlar baş tutacaq. Qoy güclü olan qalib gəlsin".

 

AİJF-in İdarə Heyətinin üzvü, Tədbirlərin təşkili və keçirilməsi komissiyasının sədri Elşən Məmmədov Azərbaycan Kiberidman Federasiyasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, yarışda ayrı-ayrı KİV-dən 38 idman jurnalistinin iştirak edəcəyini diqqətə çatdırıb. 

 

Daha sonra Azərbaycan respublikasının Dövlət himni səsləndirilib. 

 

Təşkilatçılardan Kənan Quliyev çempionatın əsasnaməsini bir daha xatırladıb və püşkün nəticələrini elan edib. Olimpiya sistemi üzrə keçirilmiş mübarizəyə təsnifat mərhələsindən başlanılıb. Beləliklə, 1/16 final cütlərinin tərkibi müəyyənləşib.

 

Finala isə "CBC Sport"un iki əməkdaşı - Məftun Rəsulzadə və İbrahim Məmmədli vəsiqə qazanıb. Rəsulzadə gərgin keçən görüşdə 4:3 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub. Üçüncü yerə isə Qol.az saytından Azad Nuriyev layiq görülüb. 

 

Qalibə "PlayStation 4", finalçıya "Nizami E-Sport Arena"dan 100 saat, 3-cü yerin sahibi isə 50 saatlıq hədiyyə kartı verilib. 

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL