TOP 10

Qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışına başlayır

Güləş
Tarix: 2020-03-03 15:20

Qadınlardan ibarət güləş yığmamız növbəti təlim-məşq toplanışına start verir. Sport24.az xəbər verir ki, millimiz martın 4-dən 18-dək Belarusun paytaxtı Minskdə məşqlərini davam etdirəcək.
 

Komandamız baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yerli yığma ilə birgə hazırlıq prosesi keçəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışı martın 19-dək 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Bu üzdən Minskə olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət heyət yollanıb. Digər yığma üzvləri məşqçi Rövşən Umudovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.


Qeyd edək ki, yarışda qadınlar mübarizəyə martın 20-də start verəcək. Növbəti gün təsəlliverici və medal görüşləri keçiriləcək. Mariya Stadnik ötən il dünya çempionatında 50 kq-da lisenziya qazandığı üçün millimiz Budapeştdə 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya vəsiqə əldə etməyə çalışacaq.

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL