TOP 10

AVF rəsmisi “Zenit”in oyununa təyinat aldı

Voleybol
Tarix: 2020-03-02 20:38

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti etimad göstərilib. Sport24.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası həmyerlimizi Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununa təyin edib.


O, “Zenit” (Rusiya) və “Hypo Tirol Alpenvolleys Haching” (Avstriya) matçının supervayzeri olacaq.


Qeyd edək ki, matç martın 3-də Sankt Peterburqda “Sibur Arena”da təşkil ediləcək.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB