TOP 10

Həsənov Avstriyada çempion oldu, Zaretska “bürünc”lə kifayətləndi

Digər
Tarix: 2020-03-01 23:41

Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer Liqa turnirində iki medal qazanıblar. Sport24.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rafiz Həsənov (-67 kq) yarışın qalibi, İrina Zaretska (-68 kq) isə bürünc mükafatçı olub.
 

Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.


Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL